Kurban Berdıyev: “Müqaviləm başa çatır, amma qalmaq istəyirəm”
12 dekabr 2012 13:29 (UTC +04:00)

Kurban Berdıyev: “Müqaviləm başa çatır, amma qalmaq istəyirəm”

Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev başqa komandaların sükanı arxasına keçməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə türkmənistanlı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində deyib.

Berdıyev bildirib ki, keçmiş SSRİ respublikalarından bir neçə təklif alıb. Lakin o, nə klub, nə də yığma komandaların baş məşqçisi olmayacağını bildirib: “Mən ilk növbədə, uşaq-gənclər futbolunun inkişafı və infrastrukturun yaradılmasına köklənmişəm. “Rubin”lə müqaviləm dekabrın 31-də başa çatır. Hələlik klubdan mənə yeni müqavilə təklif olunmayıb. Fikrimcə, bu məsələyə qəyyumlar şurasının iclasından sonra aydınlıq gələcək. “Rubin” mənim ürəyimdədir. Yalnız Kazanda mənim işim alınıb. Əlbəttə, qalmaq istərdim. Lakin hər şey Allahın əlindədir. Necə məsləhət görsə, elə də olacaq”.

Təcrübəli mütəxəssis son zamanlar klubda aparılan yoxlamalara da toxunub. Baş məşqçi yoxlamalara öyrəşdiklərini söyləyib.

Qeyd edək ki, Kurban Berdıyev 2001-ci ildən “Rubin”in baş məşqçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1727

Oxşar yazılar

Türkiyə səfərdə ABŞ-ı  məğlub etdi

Türkiyə səfərdə ABŞ-ı məğlub etdi

8 iyun 2025 , 02:31
Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17