Fatih Terimdən daha bir ilk
06 dekabr 2012 15:24 (UTC +04:00)

Fatih Terimdən daha bir ilk

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi daha bir ilkə imza atıb. Lent.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis Çempionlar Liqasında 1/8 finala yüksələn ilk türkiyəli baş məşqçi olub.

O, indiyədək “sarı-qırmızılar”ın sükanı arxasında 5 dəfə ölkə çempionluğu, 1 dəfə UEFA Kubokunu qazanmışdı. Terim bu komanda ilə 6-cı cəhdində Çempionlar Liqasının 1/8 finalına çıxmağı bacarıb. Daha öncə “Qalatasaray” 2011-2012-ci il mövsümündə qrupdan çıxmağa nail olub. Həmin vaxt baş məşqçi rumıniyalı Mirça Luçesku idi. Sonradan “Cim-Bom” 2002-2003 və 2006-2007 mövsümlərində Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparsa da, mərhələ adlaya bilməyib.

Qeyd edək ki, Türkiyə klublarından sonuncu dəfə 2007-2008-ci il mövsümündə “Fənərbağça” qrupdan çıxaraq, ¼ finaladək irəliləyə bilib.
# 1191

Oxşar yazılar