Avropanın məşhur klubları yenə Qəbələyə dəvət olundu
05 dekabr 2012 18:33 (UTC +04:00)

Avropanın məşhur klubları yenə Qəbələyə dəvət olundu

“Qəbələ” klubu futbol üzrə “II Qəbələ Kuboku”nun hazırlıqlarına start verib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında Qəbələdə keçiriləcək turnir mayın 28-də start götürəcək.

Avropanın öndə gedən klublarının iştirakı ilə reallaşacaq “II Qəbələ Kuboku”nun təşkilatı işlərinə artıq başlanıb. İyunun 4-dək davam edəcək turnirin loqosu hazırlanaraq təsdiqlənib. Loqoda futbol rəmzi olan buts və Qəbələnin rəmzi olan dağların kontrastı öz əksini tapıb. Bundan əlavə bir sıra məşhur Avropa klubuna dəvət göndərilib. Yaxın vaxtlarda turnir iştirakçılarının dəqiq siyahısı müəyyənləşdiriləcək.

Qeyd edək ki, ilk turnir 30 may – 4 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutub. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunub.
# 1374

Oxşar yazılar