“Mercedes” qalmaqaldan qurtuldu
28 aprel 2024 17:10 (UTC +04:00)

“Mercedes” qalmaqaldan qurtuldu

ABŞ Ədliyyə Nazirliyi “Mercedes-Benz”-lə əlaqədar dizel qalmaqalına dair işə xitam verib.

Lent.az-ın xəbərinə görə, bu barədə “Handelsblattv” qəzeti məlumat yayıb.

“Mercedes-Benz” istehsalçısı olan “Daimler” konserni məlumatı təsdiqləyib.

ABŞ Ədliyyə Nazirliyi 2016-cı ildə dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar “Daimler” konserni ilə bağlı araşdırmalara başladığını elan etmişdi. Bu, həmin vaxt şirkətin səhmlərinin 5 faiz ucuzlaşmasına səbəb olmuşdu.

Qeyd edək ki,  dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar Almaniyanın digər avtomobil istehsalçısı  - “Volkswagen” milyardlıq kompensasiya ödəməli olmuşdu. Ancaq “Daimler” 8 il ərzində ABŞ hakimiyyətinə 300 min müxtəlif sənəd təqdim etməklə cəzadan qurtulmağa nail olub.

Şirkətin nümayəndəsi Renat Yunqo Bryunqer ABŞ Ədliyyə Nazirliyinin hələ mart ayında araşdırmaları dayandırdığı barədə şirkətə məlumat verdiyini bildirib. Lakin ictimaiyyət üçün məlumatın niyə məhz indi açıqlandığına aydınlıq gətirilməyib. ABŞ Ədliyyə Nazirliyi qərarı əsaslandırmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3018
avatar

Oxşar yazılar