İdmançımız Avropa çempionu oldu
05 dekabr 2012 11:26 (UTC +04:00)

İdmançımız Avropa çempionu oldu

Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Firudin Quliyev yaşı 20-yə qədər olan idmançıların yarışında Avropa çempionu olub.
69 kq çəki dərəcəsində çıxış edən Quliyev birdən 136 kq, təkanla isə 180 kq ağırlığın öhdəsindən gəlib. Nəticədə o, iki hərəkətin cəmində 316 kq göstərici ilə ən yaxın izləyicisini 2 kq qabaqlayaraq, qitənin ən güclüsü sayılıb.

Qeyd edək ki, daha öncə Rauf Nəbiyev yaşı 23-ə qədər olan idmançıların yarışında 62 kq çəkidə təkanla qaldırmada kiçik bürünc medal qazanıb.
# 1919

Oxşar yazılar