Çempionlar Liqası: Qrup liderliyi və Avroliqaya 2 vəsiqə uğrunda
04 dekabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Qrup liderliyi və Avroliqaya 2 vəsiqə uğrunda

Futbol üzrə Çempionlar Liqasında VI tura dekabrın 4-də keçiriləcək 8 oyunla start veriləcək. Lent.az-ın məlumatına görə, ilk oyun gününün qarşılaşmaları yalnız iki qrupda 1-ci, 2 qrupda isə 3-cü yerin sahibini müəyyənləşdirmək baxımından əhəmiyyətə malikdir.

Artıq bu qruplarda Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan 8 komandanın hamısı məlumdur. A qrupunda PSJ “Portu”ya qalib gəlsə, 1-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksələcək. Bu qrupda 3-cü yeri təmin etmiş Ukraynanın “Dinamo” (Kiyev) komandasının Xorvatiyanın paytaxtı Zaqrebdən olan “adaş”ı ilə görüşünün nəticəsi heç bir əhəmiyyət daşımır.

B qrupunda “Şalke” və “Arsenal” ilk 2 yerin taleyinə müvafiq olaraq, autsayder “Monpelye” və 3-cü yeri təmin etmiş “Olimpiakos”la görüşlərdə aydınlıq gətirəcəklər. C qrupunda “Malaqa”nın 1-ci, “Milan”ın 2-ci yeri tutacağı dəqiqləşib. “Zenit” 3-cü yeri tutmaq üçün onunla eyni miqdarda xala malik “Anderlext”i özündən irəli buraxmamalıdır. Bunun üçün Rusiya təmsilçisi İtaliyada “Milan”la görüşdə uduzmamalıdır. Əks halda, belçikalılar “Malaqa”dan xal alaraq, Avroliqaya vəsiqə verən 3-cü pilləni ələ keçirə bilərlər.

Nəhayət, D qrupunda Almaniya “Borussiya”sı 1-ci, İspaniya “Real Madrid”i ikinci yeri təmin edib. Bu komandalar müvafiq olaraq, İngiltərənin “Mançester Siti” və Hollandiyanın “Ayaks” klubları ilə görüşlərdə 3-cü yerin sahibini müəyyənləşdirəcəklər. Hələlik Avroliqaya vəsiqə qazanmağa “Ayaks” daha yaxındır.

A qrupu

PSJ (Fransa) – “Portu” (Portuqaliya)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)

1. “Portu” – 13
2. PSJ – 12
3. “Dinamo” K – 4
4. “Dinamo” Z - 0

B qrupu

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

“Monpelye” (Fransa) – “Şalke” (Almaniya)
Baş hakim: Antonio Mateo Laos (İspaniya)

1. “Şalke” – 11
2. “Arsenal” – 10
3. “Olimpiakos” – 6
4. “Monpelye” - 1

C qrupu

“Milan” (İtaliya) – “Zenit” (Rusiya)
Baş hakim: Toni Şapron (Fransa)

“Malaqa” (İspaniya) – “Anderlext” (Belçika)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)

1. “Malaqa” – 11
2. “Milan” – 8
3. “Zenit” – 4
4. “Anderlext” – 4

D qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Milorad Majiç (Serbiya)

“Real Madrid” (İspaniya) – “Ayaks” (Hollandiya)
Baş hakim: Pavel Kralovets (Çexiya)

1. “Borussiya” - 11
2. “Real Madrid” – 8
3. “Ayaks” – 4
4. “Mançester Siti” - 3

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 1271

Oxşar yazılar