PFL-dən qiyamət günü açıqlaması
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev Lent.az-a açıqlamasında bunu təqvimdə edilən dəyişikliklə əlaqələndirib.
O bildirib ki, indi təqvimdə dekabrın 22-də keçiriləcəyi göstərilən “Neftçi” – AZAL və “İnter” – “Bakı” matçları bir gün tez baş tutmalı imiş. Lakin I turdan təxirə salınmış “Neftçi” – “Bakı” matçının dekabrın 18-ə təyin edilməsindən sonra dəyişiklik baş verib: “Bu iki komandanın növbəti paytaxt derbilərinə hazırlaşmağa daha çox vaxtının olması üçün belə etdik. Əslində əksər ölkələrdə bir oyunla digəri arasında 3 gün vaxt qoyulur. Hətta İngiltərə Premyer Liqasında dekabrın 31-də oyun keçirilir və növbəti tur yanvarın 2-ə təyin edilir. Amma bizim klublar yorğunluqdan şikayətlənirlər. Ona görə də oyunlararası intervalı 4 günə çatdırdıq”.
Qeyd edək ki, el arasında “qiyamət günü” kimi göstərilən 21 dekabra oyunun salınmaması müəyyən şübhələrə yol açıb. Ehtimal olunur ki, çempionatın təşkilatçısı PFL-in həmin gün hər hansı hadisənin baş verəcəyindən ehtiyatlanıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Elnenini xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb - yeni sevgilisi hamilədir
17 iyul 2025 , 14:55
"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı
17 iyul 2025 , 12:39
“Real”ın yeni futbolçusu klubun lənətlənmiş nömrəsini götürdü - Uğur qazanacaqmı?
17 iyul 2025 , 09:39
Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27