Böyükağa Hacıyev: “Bakıda “Rubin” üçün çətin olacaq”-FOTO
26 oktyabr 2012 00:19 (UTC +04:00)

Böyükağa Hacıyev: “Bakıda “Rubin” üçün çətin olacaq”-FOTO

“Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Avropa Liqasında Rusiyanın “Rubin” komandasına məğlubiyyətin səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında 54 yaşlı mütəxəssis qitəmiqyaslı yarış təcrübəsinin “Neftçi”də az olduğunu bildirib.

Hacıyev deyib: “Hələ oyundan öncə futbolçulara demişdim ki, ilk yarıda qol buraxmasaq, ikinci hissədə oyunumuz daha yaxşı olacaq. Təəssüf ki, uşaqlar yalnız ikinci hissədə gözlərini açdılar. Nəticədə “İnter”lə əvvəlki matçda olduğu kimi, ilk yarıda qol buraxaraq uduzduq. Əgər Avroliqa təcrübəmiz olsaydı, bu gün başqa cür oyun sərgiləyərdik. Amma “İnter” və “Rubin” bizdən çox təcrübəlidirlər”.

“Neftçi”nin orta xəttindən narazılığını gizlətməyən baş məşqçinin sözlərinə görə, yarımmüdafiəçilər öz oyunlarını sərgiləməyiblər. Üstəlik, onlar hücumçuları topla təmin etməyiblər. Yeganə hücumçu Nikolas Kanalesin arxasında çıxış edən Mirhüseyn Seyidovdan da narazı qalan Hacıyev bu səbəbdən, ikinci yarıda əvəzetməyə əl atdığını vurğulayıb. O, orta xəttdə “qara iş”i görən oyunçunun olmamasından təəssüflənib: “İkinci hissədə Seyidovun əvəzinə Araz Abdullayevi buraxdım və Flavinyonu sol cinahdan mərkəzə keçirdim. Flavinyo bu yerdəyişmədən sonra daha yaxşı təsir bağışladı”. Müdafiəçilərdən razı qalan Hacıyev bildirib ki, vaxtilə Rusiya “Spartak”ında çıxış etmiş İqor Mitreski “Rubin”ə qarşı oyunu ilə gəncliyini xatırladıb. İlk qolda Bruno Bertuççinin kobud səhvini isə təcrübəli müdafiəçi “Neftçi”nin sol cinahında braziliyalı oyunçuya qarşı Gökdəniz Karadənizin çıxış etməsi ilə əlaqələndirib. Hücum xəttində Kanalesi əvəzləyən futbolçunun olmamasının səbəbinə gəlincə, Hacıyev özbəkistanlı forvard Bahodir Nasimovun vaxtında sıralara dönməməsi səbəbindən yeni oyunçu almadıqlarını deyib: “Nasimovun zədəsinin sentyabrda tam keçəcəyini demişdilər. Ona görə yeni hücumçu almadıq. Çünki yeni transferə də adaptasiya üçün bir ilədək vaxt lazım olacaqdı. Həmin vaxtadək isə mövsüm qurtaracaqdı. Bahodir vaxtında bərpa olunmadığından, hazırda mərkəz hücumçusu qismində yalnız Kanales çıxış edir”.

“Neftçi” Avroliqada növbəti oyununu da “Rubin”ə qarşı keçirəcək. Amma bu dəfə oyun Bakıda olacaq. Hacıyevin sözlərinə görə, Kazan təmsilçisi üçün Bakıda çətin olacaq: “Mən proqnoz verməyi xoşlamıram. Xoşlasaydım, bütün günü evdə oturub totalizatorda pul qoyuluşu edərdim. Amma Azərbaycanda bu, qadağan olunduğundan, proqnoz vermirəm. Yalnız onu deyə bilərəm ki, “Rubin” üçün Bakıdakı oyun çətin olacaq”.

Qeyd edək ki, oyun “Rubin”in qələbəsi ilə yekunlaşıb – 1:0.

Elşən MƏMMƏDOV
Kazan
# 1380

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56