“Rubin” – “Neftçi” oyununa maraq azdır-FOTO
Futbol üzrə Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” komandaları arasında Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyuna maraq xeyli azdır.
Lent.az-ın Kazan şəhər Mərkəzi stadionunda olan əməkdaşının verdiyi məlumata görə, matça bir saat qalmış tribunalarda və kassalar önündə elə də azarkeş gözə görünmür.
Stadion rəhbərliyi indiyədək cəmi 5000 biletin satıldığını bildirir. Tərəfdarların azlığını həm də hazırda Kazanda kəskin şaxtalı hava şəraitinin hökm sürməsi ilə izah etmək olar.
Matçı izləmək istəyənlər arasında azərbaycanlı fanatlar da var. Onlar həm Kazanda, həm də Rusiyanın digər şəhərlərində yaşayanlardır. Həmyerlilərimizdən bəziləri oyun öncəsi “Neftçi”nin qaldığı “Miraj” otelinə gələrək, klub rəhbərliyinə bilet üçün müraciət ediblər. Onların istəkləri müsbət cavablandırılıb.
Azarkeşlərin azlığına rəğmən, stadion ətrafında təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Təhlükəsizlik xidməti əməkdaşları hər bir azarkeşi, hətta jurnalistləri yoxladıqdan sonra içəri buraxırlar.
Elşən MƏMMƏDOV
Kazan

Oxşar yazılar

"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45
Futbolçular qəfil yerə uzandı, oyun dayandı - ŞOK SƏBƏB - VİDEO
25 iyul 2025 , 11:36
Müqaviləsi bitməsə də, "Mançester Yunayted"i tərk edir
25 iyul 2025 , 09:39
“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05