Kurban Berdıyev: ““Neftçi”nin də, “Barselona”nın da zəif cəhətləri var”
24 oktyabr 2012 18:17 (UTC +04:00)

Kurban Berdıyev: ““Neftçi”nin də, “Barselona”nın da zəif cəhətləri var”

Rusiyanın “Rubin” klubun baş məşqçisi Kurban Berdıyev oktyabrın 25-də “Neftçi” ilə keçirəcəkləri futbol üzrə Avropa Liqası matçı öncəsi jurnalistlər önünə çıxıb. Lent.az-ın Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mətbuat konfransında çox sakit və təmkinli təsir bağışlayan Berdıyev sualları sakit tərzdə cavablandırıb.

O, əvvəlcə komandasının durumundan danışıb. Bildirib ki, heyətdəki zədəli futbolçulardan qapıçı Sergey Rıjikov artıq məşqlərə başlayıb, Salvatora Boketti və Gökhan Törə isə oyunu buraxacaq. Berdıyev komandasının son 6 matçda 4 məğlubiyyətlə üzləşməsindən narahat olduğunu etiraf edib. Lakin o, Avropa Liqası matçlarına lazımi səviyyədə köklənə bildiklərini vurğulayıb.

Baş məşqçinin fikrincə, “Neftçi” güclü komandadır: “Bu komandanı yaxşı tanıyıram. Əvvəlki oyunlarına baxmağa nümayəndələrimizi göndərmişdik. Rəqibimiz barədə çoxlu məlumata malikik. “Neftçi” güclü komandadır. Xüsusən, kollektiv oyunla seçilir. Bundan əlavə, orta xətt və müdafiədə güclü oyunçuları var. Onların hər biri təhlükəlidir. Avropa Liqasının “pley-off” mərhələsində “Neftçi” Çempionlar Liqasının ötənilki ¼ finalçısı Kipr APOEL-i üzərində kifayət qədər inamlı qələbə qazandı. Bu komanda APOEL-i səfərdə intizamlı oyunla 3:1 hesabı ilə yendi. “Neftçi” həqiqətən də Azərbaycan futbolunun flaqmanıdır”.

İndidən “Neftçi” üzərində qələbə haqda əminliklə danışmaq istəməyən Berdıyev Avroliqadakı növbəti mərhə şanslarına oyundan sonra aydınlıq gələcəyini diqqətə çatdırıb. O, matçın çətin keçəcəyini söyləyib: “Mütləq qalib gələcəyimizə əmin deyiləm. Amma buna çalışacağıq. Bizim son oyunlarda az qol vura bilməyimiz o demək deyil ki, hücumda lazımi səviyyədə çıxış edə bilmirik və bu, sabahkı oyunda da özünü göstərə bilər. Hər bir komandanın zəif cəhətləri var: “Neftçi”nin də, “Barselona”nın da”.

“Neftçi”nin heyətində “Rubin”in keçmiş futbolçusu Bahodir Nasimov da çıxış edir. Lakin Nasimov zədə üzündən oynamayacaq. Berdıyevin fikrincə, bu, Azərbaycan klubu üçün itkidir. Bununla belə, təcrübəli mütəxəssis flaqmanın heyətində hücumda özlərini göstərməyə qadir olan digər güclü oyunçuların olduğunu söyləyib.

Berdıyev hələ futbolçu olduğu dövrlərdən “Neftçi” ilə bütün matçları yaxşı xatırladığını və bu komandaya xoş münasibəti olduğunu açıqlayıb. Lakin o, hələ Berti Foqtsun gəlişindən öncə Azərbaycan yığmasından təklif alması barədə xəbərlərin doğru olmadığını söyləyib. Türkmənistanlı mütəxəssis bu il “Eurovision” öncəsi dostlarının dəvəti ilə Bakıda olduğunu da söyləyib: “Paytaxtınız xoşuma gəldi. Xeyli dəyişiklik müşahidə etdik”.

Sonda Berdıyev sakit təsir bağışlamasının səbəbini də deyib. O, bunu adi hal kimi dəyərləndirib. “Rubin”in baş məşqçisi həmişə belə olduğunu söyləyib. O, Avropa Liqasında türk mütəxəssislərinin görüşünü tarixi hadisə kimi dəyərləndirən rəqib həmkarı Böyükağa Hacıyevdən fərqli olaraq, bunun özü üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb.

Qeyd edək ki, Kazan şəhər Mərkəzi stadionunda keçiriləcək “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Elşən MƏMMƏDOV
Kazan
# 1140

Oxşar yazılar

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02