Avropa çempionatının təqvimi müəyyənləşdi
08 oktyabr 2012 13:22 (UTC +04:00)

Avropa çempionatının təqvimi müəyyənləşdi

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının 2013-cü il Avropa çempionatında oyunlarının təqvimi müəyyənləşib. Lent.az-ın məlumatına görə, C qrupunda yer alan yığmamız ilk matçını çempionatın start götürdüyü gün – 2013-cü il sentyabrın 6-da Almaniyanın Drezden şəhərində keçirəcək.

Saat 20:30-da başlanacaq qarşılaşmada millimiz Xorvatiya ilə üz-üzə gələcək. Ertəsi gün eyni saatda baş məşqçi Faiq Qarayevin komandası Belarus – Slovakiya cütünün qalibini sınağa çəkəcək. Sentyabrın 8-də saat 21:00-da isə yığmamız Rusiya ilə görüşəcək.

Qeyd edək ki, Almaniya və Avstriyada keçiriləcək Avropa çempionatında 16 ölkə 4 qrupda yer alacaq. Reqlamentə əsasən, qrup sonuncuları yarışla vidalaşacaq. 2-ci və 3-cü yerlərin sahibləri A2 – C3, A3 – C2, B2 – D3, B3 – D2 prinsipi üzrə “pley-off” matçlarına çıxacaqlar. Qaliblər ¼ finalda qrupları 1-ci yerdə başa vurmuş komandalarla görüşəcəklər.
# 728

Oxşar yazılar

Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12