Böyükağa Hacıyev: “İnter”i öz silahı ilə vuracağıq”
03 oktyabr 2012 20:37 (UTC +04:00)

Böyükağa Hacıyev: “İnter”i öz silahı ilə vuracağıq”

Lent.az-ın məlumatına görə, Hacıyev qitənin ən nəhəng klublarından biri kimi dəyərləndirdiyi rəqibə qarşı ciddi hazırlaşdıqlarını bildirib.

“Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, XXI əsrin ən böyük uğuruna nail olmuşuq. İnanıram ki, sabahkı oyundan sonra Azərbaycan futbolunun düzgün yolda olduğunu hamıya göstərəcəyik. Rəqibdən, titulundan çəkinmirəm. Yəqin ki, yetirmələrim də bu fikirdədir. Hazırlıq dövründə rəqibi dəqiqliklə öyrənməyə çalışmışıq. “İnter”in heyətində dünya şöhrətli oyunçular yığışıb. Son 5 oyunlarına baxmışam. Diqqət çəkən cəhət komandanın stabil heyətdə çıxış etməməsidir. Ola bilsin, bu, baş məşqçinin əlində materialın olmaması ilə bağlıdır. Amma əsas məsələ sabit heyətlə oynamaqdır. Gənc həmkarım Andrea Stramaççioni, ola bilsin, eksperimentlər aparır. Amma biz öz oyunumuzu sərgiləməyə çalışacağıq”.

Bundan sonra təcrübəli mütəxəssis onunla birgə mətbuat konfransında iştirak edən Bruno Bertuççini göstərərək, “italyanları öz silahı ilə vurmağa çalışacağıq” deyib. Hacıyev “İnter”in Bakıya zəif heyətlə gəlməsinə də münasibət bildirib: “Həftəsonu “İnter” “Milan”la oynayacaq. Ola bilsin, bu oyun Avropa Liqasından önəmlidir. Bir də unutmayın ki, həmkarımın əlinin altında 37 futbolçu var. Mən də çox istərdim ki, Kassano, Milito, Zanetti də “Neftçi”yə qarşı çıxış etsin. Amma digər tərəfdən, onlar öz futbollarının qürub çağını yaşayırlar. Bizə qarşı isə dağın zirvəsinə qalxmağa çalışanlar oynayacaqlar. Onlar özlərini göstərərək, əsas heyətə düşməyə çalışacaqlar”.

Baş məşqçi rəqibdən çəkinmədiyini də əlavə edib: “Mən necə futbol oynayırdımsa, elə də məşqçiyəm. Bu gün komandada psixoloji cəhətdən problem yoxdur. “İnter”ə qarşı layiqli komanda oynayacaq”.

“İnter”ə qarşı “Neftçi” itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından olan Cavid İmamverdiyev zədə üzündən sabahkı oyunu buraxacaq. Hacıyev isə İmamverdiyevin yoxluğunu komanda yoldaşlarının layiqincə əvəzləyəcəklərini söyləyib.
# 1477

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50