Səmtləşmə idmanı üzrə Azərbaycan çempionatı keçirilib
03 oktyabr 2012 16:23 (UTC +04:00)

Səmtləşmə idmanı üzrə Azərbaycan çempionatı keçirilib

“ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin gənc idmançıları Nabranda səmtləşmə idman növü üzrə iki gün davam etmiş Açıq Respublika Çempionatında ilk dəfə iştirak ediblər.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 illik fasilədən sonra ilk dəfə keçirilən çempionatda respublikanın 30-a yaxın idarə və müəssisəsinin, nazirlik və silahlı qüvvələrin komandaları iştirak edib.

Yarışların təntənəli açılış mərasimində Azərbaycanın Səmti Müəyyənetmə İdmanı Federasiyasının prezidenti Mirəli Kazımov, Federasiyanın Rəyasət heyətinin üzvü, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər çıxışçılar idmançılara uğurlar arzulayıb. Çempionat həm komandalar arasında, həm də fərdi birincilik prinsipi üzrə keçirilib. Baş verə biləcək fövqəladə hadisələr zamanı qarşıya çıxa biləcək maneələri müxtəlif yollar və vasitələrlə dəf etmək bacarığı, çətin və mürəkkəb şəraitdə vəziyyətdən qısa bir vaxtda, çevikliklə və təhlükəsiz çıxma keyfiyyətləri aşılayan bu yarışlar Nabranın çətin relyefli sahələrində davam edib. “Azərikimya” İctimai Birliyinin idmançıları əsasən peşəkarların qoşulduğu yarışlarda yaxşı nəticələr göstəriblər. 60-dan artıq qadının qüvvələrini sınadığı fərdi yarışlarda “Azərikimya”-nın əməkdaşı Amalya Seyidova 9-cu, Sədaqət Abdulova 11-ci, Səbinə Batmanova isə 14-cü yerləri tutublar. 130-dan artıq kişi idmançının fərdi yarışında isə “Azərikimya”-nın əməkçisi Ramil Şabanov 29-cu yerə layiq görülüb.
# 667

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50