FİFA reytinqi: Azərbaycan millisi 4, Lüksemburq 36 pillə gerilədi - YENİLƏNİB
03 oktyabr 2012 14:09 (UTC +04:00)

FİFA reytinqi: Azərbaycan millisi 4, Lüksemburq 36 pillə gerilədi - YENİLƏNİB

Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib.

Hazırda 309 xala malik millimiz 107-ci pillədən 111-ci pilləyə enib.

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 1 pillə irəliləyib. Sentyabrın 7-də Lüksemburqu 2:1, bundan 4 gün sonra Azərbaycan millisini 3:0 hesabı ilə yenən pireneylilər hazırda 1259 xalla 3-cü pillədə qərarlaşıblar. Oktyabrın 16-da yığmamızı qəbul edəcək Rusiya da 1 pillə irəliləyərək, 1014 xalla 12-ci yeri ələ keçirib. Əvəzində 423 xalı olan İsrail 7 pillə geriləyib. Millimizin evdə 1:1 hesablı heç-heçəyə nail olduğu komanda 82-ci pilləyə enib. 287 xalla 12 pillə irəliləyən Şimali İrlandiya 117-ci, 36 pillə geriləyən Lüksemburq isə 191 xalla 142-cidir.

Qeyd edək ki, siyahıya yenə İspaniya millisi 1611 xalla başçılıq edir. 1459 xala malik Almaniya ikinci pillədə qalıb. 1 pillə geriləyən Türkiyə yığması isə 689 xalla 36-cı mövqeyə enib. Növbəti reytinq siyahısı noyabrın 7-də dərc olunacaq.
# 1492

Oxşar yazılar