Məşhur futbolçu Cüneyt Çakırın köynəyini dartdı - FOTO
Futbol üzrə Çempionlar Liqasında türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) matçında ağlasığmaz hadisə baş verib. Lent.az-ın məlumatına görə, 19-cu dəqiqədə Kataloniya komandasının futbolçusu Sesk Fabreqas referinin köynəyini arxadan çəkərək, qərarına etiraz edib.
Həmin vaxt “Barsa” 1:0 hesabı ilə öndə, Fabreqasın passivində isə bir sarı vərəqə olub. Bu hərəkəti qarşılığında baş hakim futbolçunu ikinci sarı vərəqə ilə meydandan qovmayıb. Əvəzində Fabreqas 56-cı dəqiqədə komandasının ikinci qolunu vurub. Hər halda, Çakır 88-ci dəqiqədə Kataloniya komandasının digər futbolçusu Serxio Busketsə birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Cüneyt Çakır iki ay öncə Türkiyə Superkubokunda “Fənərbağça” ilə oyun zamanı yaxasından yapışan “Qalatasaray”ın futbolçusu Engin Baytara qırmızı vərəqə göstərib. Nəticədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Baytarı 11 oyunluq cəzalandırıb.

Oxşar yazılar

Qvardiolanın yeni görünüşü azarkeşləri TƏƏCCÜBLƏNDİRDİ
29 iyul 2025 , 10:25
21-ci əsrin müxtəlif dövrlərində ən bahalı transferlər: Futbolçular necə bahalaşıb?
28 iyul 2025 , 19:46
Yamalın 10 nömrə altında ilk oyunda uğursuz çıxışı: Onu artıq Fati ilə müqayisə edirlər
28 iyul 2025 , 17:41
Sinişa Mixayloviçə söz vermişdim ki... - Arnautoviç
28 iyul 2025 , 10:56
Azərbaycanlı yüngül atlet qızıl medal qazandı
28 iyul 2025 , 01:31
Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58