Avropa Liqası: “Neftçi” tarixi yürüşə başlayır
20 sentyabr 2012 19:00 (UTC +04:00)

Avropa Liqası: “Neftçi” tarixi yürüşə başlayır

Lent.az-ın məlumatına görə, Azərbaycan tarixində ilk dəfə nüfuzlu turnirdə qrup mərhələsinədək irəliləməyi bacaran “Neftçi” ilk turda Serbiya “Partizan”ının qonağı olacaq.

Belqrad şəhərindəki “Partizan” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə gecə saat 00:05-də çalınacaq. Bu vəzifəni isə çexiyalı referi Libor Kovarik yerinə yetirəcək.

“Neftçi” oyuna sentyabrın 18-də çarter reysi ilə yollanıb. Oyuna ciddi hazırlaşan flaqman səfərdən uğurlu nəticə ilə dönməyi hədəfləyib. Bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransında açıqlama verib. O bildirib ki, “Neftçi” qrup mərhələsinə düşməklə işini bitmiş saya bilməz: “Komandamız bu il Avroliqanın qrup mərhələsinə düşməklə, Azərbaycan futbol tarixində öz imzasını atdı. Əlbəttə, bu, futbolumuz üçün bir tarixdir. Ancaq buna baxmayaraq, gördüyümüz nəticələrlə kifayətlənmirik. Bugünkü arzularımız daha böyükdür. Niyə də “Neftçi” Avroliqanın qrup mərhələsini fəth eləməsin? Biz bura min kilometrlər qət edib, əl-qolumuzu uzadıb, uduzmağa gəlməmişik. Niyyətimiz böyükdür. Qoy ədalət zəfər çalsın, güclü olan qalib gəlsin”.

Hacıyevin fikrincə, “Partizan”dakı həmkarı Vladimir Vermezoviç “Neftçi”ni H qrupunun autsayderi saymaqda tələsib. O, Vermezoviçə məsləhət görüb ki, bütün rəqiblərinə hörmətlə yanaşsın: “Yadınızdadırsa, APOEL-nin baş məşqçisi de demişdi ki, “Neftçi” bizə sürpriz edə bilməyəcək. “Partizan”ın 1995-ci ildə Kuboklar Kubokunu qazandığını, indi maddi cəhətdən çətinliklərinin olduğunu bilirik. Heç görmüsünüz ki, mənim komandam müdafiə futbolu oynasın? Mən həmişə rəqibə açıq futbol təklif etmişəm. “Neftçi”ni mən qəbul edəndən sonra necə görmüsünüzsə, yenə elə də oyun görəcəksiniz”.

“Neftçi”nin start heyətində əvvəlki oyunlarla müqayisədə cəmi 1 oyunçu dəyişikliyi ediləcək. Cəzalı mərkəz müdafiəçisi Elvin Yunuszadənin əvəzinə Saşa Yunisoğlunun meydana çıxacağı gözlənilir. Qalan oyunçulara gəlincə, qapını yenə Saşa Stamenkoviç qoruyacaq. O, vaxtilə Serbiyanın digər klubu “Srvena Zvezda”nın qolkiperi qismində də “Partizan”a qarşı çıxış edib. Müdafiənin mərkəzində Yunisoğlu ilə yanaşı, İqor Mitreski, cinahlarda isə Bruno Bertuççi ilə Mahir Şükürov oynayacaq. Yarımmüdafiənin mərkəzində Rəşad Sadiqov və Erik Ramov yer alacaq. Pleymeker funksiyasını Flavinyo yerinə yetirəcək. Culius Vobay və Cavid İmamverdiyev hücumun sivri ucundakı Nikolas Kanalesə dəstək verəcəklər.

“Partizan” isə Avropa kuboklarında 192-ci matçına çıxacaq. İndiyədək bu komanda qitəmiqyaslı yarışlarda 299 qol vurub. Bu isə o deməkdir ki, Serbiya təmsilçisi “Neftçi” ilə matçda yubiley qoluna imza ata bilər.

20 sentyabr

A qrupu

22:00. “Udineze” (İtaliya) – “Anji” (Rusiya)
22:00. “Yanq Boyz” (İsveçrə) – “Liverpul” (İngiltərə)

B qrupu

22:00. “Hapoel” (Təl-Əviv, İsrail) – “Atletiko” (İspaniya)
22:00. “Viktoriya” (Çexiya) – “Akademika” (Portuqaliya)

C qrupu

22:00. AEL (Kipr) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
22:00. “Fənərbağça” (Türkiyə) – “Marsel” (Fransa)

D qrupu

22:00. “Maritimu” (Portuqaliya) – “Nyukasl” (İngiltərə)
“Bordo” (Fransa) – “Brügge” (Belçika)

E qrupu

22:00. “Ştutqart” (Almaniya) – “Styaua” (Rumıniya)
“Kopenhagen” (Danimarka) – “Molde” (Norveç)

F qrupu

“Dnepr” (Ukrayna) - PSV (Hollandiya)
“Napoli” (İtaliya) - AİK (İsveç)

G qrupu

00:05. “Genk (Belçika) – “Videoton” (Macarıstan)
00:05. “Sportinq” (Portuqaliya) – “Bazel” (İsveçrə)

H qrupu

00:05. “İnter” (İtaliya) – “Rubin” (Rusiya)
00:05. “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan)

İ qrupu

00:05. “Lion” (Fransa) – “Sparta” (Praqa, Çexiya)
00:05. “Atletik” (İspaniya) – “Hapoel” (Kiryat Şmona, İsrail)

J qrupu

00:05. “Tottenhem” (İngiltərə) – “Latsio” (İtaliya)
00:05. “Maribor” (Sloveniya) – “Panatinaikos” (Yunanıstan)

K qrupu

00:05. “Bayer” (Almaniya) – “Metallist” (Ukrayna)
00:05. “Rapid” (Vyana, Avstriya) – “Rusenborq” (Norveç)

L qrupu

00:05. “Levante” (İspaniya) – “Helsinqborq” (İsveç)
00:05. “Tvente” (Hollandiya) – “Hannover” (Almaniya)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
# 1189

Oxşar yazılar

Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12