AFFA prezidenti “Neftçi”ni təbrik etdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Neftçi" klubunun kollektivini qəbul edib. Lent.az-ın məlumatına görə, assosiasiyanın inzibati binasında baş tutmuş görüşdə Abdullayev flaqmanın bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib.
O, ölkə prezidenti İlham Əliyev adından komandanı təbrik edib. Federasiya rəhbəri bildirib ki, bu uğuru qazanmaqla “Neftçi” ölkəmizin futbol tarixində yeni səhifə açıb: “Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla "Neftçi" bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız”.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu nailiyyətin qazanılmasında komandanın hər bir üzvünün payı olduğu kimi, futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi strategiyanın da böyük rol oynadığını bildirib. O, komandaya verdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlıq edib.
Klub prezidenti Sadıq Sadıqov “Neftçi”yə göstərilən diqqət və qayğıya görə təşəkkürünü çatdırıb. O, “Neftçi”nin Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində “Rövnəq Abdullayev” yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Oxşar yazılar

"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45
Futbolçular qəfil yerə uzandı, oyun dayandı - ŞOK SƏBƏB - VİDEO
25 iyul 2025 , 11:36
Müqaviləsi bitməsə də, "Mançester Yunayted"i tərk edir
25 iyul 2025 , 09:39
“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05