Milli komandamız dünya çempionatına yola düşüb
11 sentyabr 2012 16:12 (UTC +04:00)

Milli komandamız dünya çempionatına yola düşüb

Sentyabrın 10-da dağa idman dırmanması üzrə milli komandamız Parisə yola düşüb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) Lent.az-a verilən məlumata görə, 12-17 sentyabr tarixlərində Fransada keçiriləcək idman dırmanması üzrə dünya çempionatında ölkəmizi FAİREX idmançılarından ibarət 8 nəfərlik komanda - 4 oğlan və 4 qız idmançı təmsil edəcək.

Gənclər və İdman Nazirliyinin “Təqvim Planına” əsasən, dünya çempionatında iştirak edəcək milli yığma komandanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi ilə yanaşı, FAİREX-in rəhbərliyi, eləcə də Federasiya tərəfindən Türkiyədən dəvət olunmuş idman dırmanması üzrə peşəkar mütəxəssis müşayiət edir.


Qeyd edək ki, bu mötəbər yarışda FAİREX rəhbərliyinin Beynəlxalq Dağa İdman Dırmanması Federasiyasının (İFSC) rəhbərliyi ilə 22-23 iyun 2013-cü il tarixlərində Bakıda ilk dəfə keçiriləcək idman dırmanması üzrə Dünya Kubokunun mərhələ yarışının təşkili ilə bağlı bəzi məsələlər barədə məsləhətləşmələr aparacağı da nəzərdə tutulur.
# 1151

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50