Aykut Kocaman Nazim Hikmətin Moskvadakı qəbrini ziyarət edib - FOTO
22 avqust 2012 11:47 (UTC +04:00)

Aykut Kocaman Nazim Hikmətin Moskvadakı qəbrini ziyarət edib - FOTO

Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman görkəmli türk şairi Nazim Hikmətin Rusiyanın paytaxtı Moskvadakı məzarını ziyarət edib. Lent.az-ın məlumatına görə, Kocaman “Spartak”la Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk görüşündən öncə bu addımı atıb.

O, Moskvadakı Novodeviçi qəbiristanlığında uyuyan şairin məzarı üzərinə qərənfil qoyub. Bu zaman klubun meneceri Hasan Çətinkaya da baş məşqçi ilə birgə olub. Kocaman jurnalistlərə açıqlamasında sadəcə, özü istədiyi üçün türk şairinin məzarını ziyarət etdiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan xalqı və ədəbiyyatının da yaxın dostu kimi dəfələrlə Bakıda olmuş Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib. Türkiyə Kommunist Partiyasının üzvü olan Hikmət üst-üstə 11 dəfə həbsə düşüb. O, 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra ömrünün sonunadək Moskvada yaşayıb. Yalnız ölümündən 2 il sonra ölkəsində şeirlərinin yayılmasına icazə verilib.
# 1535

Oxşar yazılar