Gəncədə möhtəşəm futbol konserti
22 avqust 2012 11:16 (UTC +04:00)

Gəncədə möhtəşəm futbol konserti

Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının Rəsmi Kuboku Lənkərandan Gəncəyə aparılıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar ölkəmizin ikinci ən böyük şəhərində möhtəşəm konsert proqramı təşkil olunacaq.

Konsert avqustun 23-də saat 20:00-da başlanacaq.


Qeyd edək ki, dünya çempionatının Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət AFFA-nın inzibati binasında sərgilənəndən sonra avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilib və beləliklə, geniş ictimaiyyətə təqdim olunub. Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Avqustun 20-də Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub.
# 1066

Oxşar yazılar