Çempionlar Liqası: Kiyev “Dinamo”su qrup mərhələsinin qapısını araladı
22 avqust 2012 10:58 (UTC +04:00)

Çempionlar Liqası: Kiyev “Dinamo”su qrup mərhələsinin qapısını araladı

Lent.az-ın məlumatına görə, 10 görüşdən 5-i ilk oyun günündə keçirilib.

Onlardan 3-ü Çempionlar Qrupuna, 2-si isə Liqa Qrupuna təsadüf edib. Türkiyə vitse-çempionu “Fənərbağça” Rusiyanın paytaxtı Moskvada “Spartak”ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hər üç qol ikinci hissədə vurulub. 59-cu dəqiqədə “Spartak”ın hücumçusu Emmanuel Emenike keçmiş komandasını məyus edib. Bundan 6 dəqiqə sonra Dirk Kuyt bərabərlik qolunu vurub. Lakin daha 4 dəqiqə sonra Dmitri Kombarov qələbə topuna imza atıb.

Ukraynanın “Dinamo” (Kiyev) komandası isə Almaniyanın Mönhenqladbax şəhərində “Borussiya”nı məğlubiyyətə uğradıb – 3:1. Baxmayaraq ki, ilk qolu 13-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Aleksander Rinq vurub. Qalan bölümdə “Dinamo” qollarını sıralamağa başlayıb. 28-ci dəqiqədə Taras Mixalik, 36-cı dəqiqədə Andrey Yarmolenko fərqlənib. Oyunda son nöqtəni isə elə “Borussiya”nın futbolçusu Lük de Yonq 81-ci dəqiqədə topu öz qapısından keçirməklə qoyub.

“Dinamo” kimi Rumıniya ÇFR-i ilə Şotlandiya “Seltik”i də səfərdə qalib gələrək, qrup mərhələsində yerlərini böyük ölçüdə təmin edib.

21 avqust

“Spartak” (Moskva, Rusiya) – “Fənərbağça” (Türkiyə) – 2:1
Qollar:
Emmanuel Emenike, 59. Dmitri Kombarov, 69 – Dirk Kuyt, 65

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Dinamo” (Kiyev, Türkiyə) – 1:3
Qollar:
Aleksander Rinq, 13 – Taras Mixalik, 28. Andrey Yarmolenko, 28. Lük de Yonq, 81-öz qapısına

“Kopenhagen” (Danimarka) – “Lill” (Fransa) – 1:0
Qol:
Sezar Santin, 38
Vurulmayan penalti: Dmitri Payet, 15 (“Lill”)

“Bazel” (İsveçrə) – ÇFR (Rumıniya) – 1:2
Qollar:
Marko Ştreller, 44 – Modu Suqu, 66; 71

“Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya) – 0:2
Qollar:
Kris Kommons, 2. Georgios Samaras, 75

22 avqust

“Braqa” (Portuqaliya) – “Udineze” (İtaliya)
“Malaqa” (İspaniya) – “Panatinaikos” (Yunanıstan)
BATE (Belarus) – “Hapoel” (Kiryat-Şmona, İsrail)
AEL (Kipr) – “Anderlext” (Belçika)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Maribor” (Sloveniya)

Cavab görüşləri 28-29 avqustda keçiriləcək.
# 1287

Oxşar yazılar