“Qalatasaray” qələbə ilə başladı
21 avqust 2012 11:58 (UTC +04:00)

“Qalatasaray” qələbə ilə başladı

Lent.az-ın məlumatına görə, çempionluğa iddialı klublardan “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” ilk görüşlərində rəqibləri ilə 1:1 hesablı heçheçəyə razılaşıblar. “Qalatasaray” isə öz meydanında çempionatın yeni komandalarından olan “Kasımpaşa”nı məğlub edib 2:1. hər iki qolu “Qalatasaray”ın yeni transferi Umut Bulut vurub.

Qeyd edək ki, Umut Bulut artıq “Qalatasaray”ın heyətində oynadığı 2 rəsmi oyunda 4 qol vurub. “Tuluza”dan icarə əsasında İstanbula gətirilən hücumçu “Fənərbağça” ilə keçirilən superkubok oyununda da dubl etmişdi.
# 1337

Oxşar yazılar