Baş məşqçidən futbolçulara komendant saatı
İtaliya “Fiorentina”sının baş məşqçisi Vinçentso Montella komandanın futbolçularına sırğa və digər qızıl bəzək əşyaları, habelə baş sarğıları gəzdirməyi qadağan edib. Lent.az-ın “Football Italia”ya istinadən verdiyi məlumata görə, qadağa məşqlərə şamil ediləcək.
37 yaşlı mütəxəssis məşqlərdə şortlarını qatlamağın da qarşısını alıb. Futbolçular baldırlarını bərabər səviyyədə qaraltmaq üçün məşq vaxtı belə edirdilər. Montella bir qədər də irəli gedərək, mövsümöncəsi hazırlıq prosesi zamanı komendant saatı tətbiq edib. Yerli vaxtla saat 20:00-dan sonra futbolçuların məşq bazasını tərk etmələri yasaqlanıb. Bu qadağa bazar günlərinə də aiddir. Baş məşqçini belə sərt qaydalar tətbiq etməyə 2011-2012-ci il mövsümündə “Fiorentina” futbolçularının dəfələrlə qalmaqallarla üzləşmələri vadar edib.
Qeyd edək ki, Vinçentso Montella ötən mövsüm “Katanya”nın baş məşqçisi olub. O, “bənövşəyilər”in sükanı arxasına 2 ay öncə keçib.

Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56