Qazax, Ağstafa və Tovuzda sel təhlükəsi XƏBƏRDARLIĞI
26 may 2024 13:55 (UTC +04:00)

Qazax, Ağstafa və Tovuzda sel təhlükəsi XƏBƏRDARLIĞI

Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayının hövzəsinə yağan leysan yağışları nəticəsində çaydan güclü sel keçib və hazırda davam etməkdədir.

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Debet çayının Kür çayına töküldüyü nəzərə alınaraq, eyni zamanda, qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışları nəticəsində çayın Tiflis məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur: "Bununla əlaqədar olaraq, 26-28 may tarixlərində Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyənin artacağı və çayın Qazax, Ağstafa, Tovuz rayonlarından keçən bəzi hissələrində subasma olacağı istisna olunmur".

Nazim Mahmudov qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Qazax, Tovuz, Ağstafa rayonları ərazisində yaşayan əhalinin diqqətli olmaları xahiş olunur və sahillərdən məsafə saxlamaları tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

26 iyun 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

25 iyun 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

25 iyun 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

24 iyun 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

24 iyun 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

23 iyun 2024 , 20:30
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

23 iyun 2024 , 16:04
Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

23 iyun 2024 , 12:57