Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücünü polis saxlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndi ərazisində kənd sakini, 54 yaşlı Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və onun xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 45 yaşlı Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.
İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.