Zaqatalada tutulan "reket jurnalist"ə  hökm oxundu
19 iyul 2024 15:37 (UTC +04:00)

Zaqatalada tutulan "reket jurnalist"ə hökm oxundu

Zaqatalada tutulan "reket jurnalist"ə hökm oxunub. 

Lent.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində şantaj və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Vüqar Musayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Vüqar Musayev 6 il müddətində azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən ilin mayında Vüqar Musayev özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb etməkdə təqsirli bilinərək həbs edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar