Zaqatalada gənc oğlan qızdırmadan ÖLDÜ  - YENİLƏNİB
30 yanvar 2025 16:17 (UTC +04:00)

Zaqatalada gənc oğlan qızdırmadan ÖLDÜ - YENİLƏNİB

Zaqatala rayon Yeni Suvagil kənd sakini, 27 yaşlı oğlan yanvarın 25-də saat 13:15-də rayon Mərkəzi Xəstəxanasının I Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu ilə daxil olub. Həmin gün Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yanvarın 26-da saat 01:10-da Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, yanvarın 30-da saat 08:10-da ölüm faktı qeydə alınıb.

***
12:37

Zaqatalada daha bir nəfər qızdırmadan ölüb.

Lent.az xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək qızdırma ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17643

Oxşar yazılar