Zaqatalada zəhərlənmə hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, rayonun Mosul kənd sakini 1962-ci il təvəllüdlü Cəlil Oruc oğlu Orucov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.
Müayinə zamanı C. Orucovun qarışıq qida qəbul etdikdən sonra zəhərləndiyi məlum olub.
C. Orucova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun müalicəsi hazırda xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.