Zaqatala hərbi prokuroru işdən çıxarıldı - YENİ TƏYİNAT
09 iyun 2023 17:44 (UTC +04:00)

Zaqatala hərbi prokuroru işdən çıxarıldı - YENİ TƏYİNAT

İki rayona hərbi prokurorlar təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmrilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

# 11124
avatar

Oxşar yazılar