Yol qəzasında yaralanan gənc XƏSTƏXANADA ÖLDÜ
06 aprel 2024 13:59 (UTC +04:00)

Yol qəzasında yaralanan gənc XƏSTƏXANADA ÖLDÜ

Bakıda yol qəzasında xəsarət alan şəxs ölüb.

Lent.az xəbər verir ki, hadisə aprelin 4-də Nizami rayonu ərazisində "ASAN Xidmət"in qarşısında baş verib.

25 yaşlı Abdullazadə Vüsal Şöhrət oğlu yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, aprelin 5-də həmin xəstəxanada ölüb.

 

# 2046
avatar

Oxşar yazılar