Yol polislərini döyən tutuldu
09 sentyabr 2021 10:44 (UTC +04:00)

Yol polislərini döyən tutuldu

Sabirabadda yol polislərinə qarşı fiziki zorakılıq olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, sentyabrın 8-də Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı məlumat daxil olub.

Şəhərin H.Əliyev prospektində “VAZ 2106” markalı avtomobilin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib. Daha sonra onlara hücum edərək geyim formasını çıxarıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar