Yol polisi faciəli   şəkildə öldü
05 mart 2024 14:24 (UTC +04:00)

Yol polisi faciəli şəkildə öldü

Türkiyədə avtomobil polisi vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Samsun-Ankara yolundakı qəzadan sonra Amasya istiqamətinə qaçan avtomobil Havza səmtində onu saxlamaq istəyən polis əməkdaşı 46 yaşlı Orhan Mutlunu vurub.

Zərbənin təsirindən polis maşınının ön şüşəsinə, daha sonra səkiyə çırpılan Mutlu hadisə yerində dünyasını dəyişib.

Polis məmurunu öldürərək hadisə yerindən qaçan avtomobilin sürücüsü Özgür B. və yanındakı şübhəli Havza İlçe Jandarma Komandirliyi qrupları tərəfindən yaxalanıb. Sürücü Özgür B.-nin qanında 1,86 promil spirt olduğu müəyyənləşib. 

Onların barəsində istintaq davam edir.

# 4077
avatar

Oxşar yazılar