Yevlaxda 3 maşın toqquşdu, ölən var
28 fevral 2025 10:14 (UTC +04:00)

Yevlaxda 3 maşın toqquşdu, ölən var

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu, Boşçalı kəndinin ərazisindən keçən 2-ci km-də baş verib.

Əliyev Ziya Muradxan oğlu idarə etdiyi “Hyundai IX-35” markalı avtmobillə Ələkbərov Vidadi Əkbər oğlunun idarə etdiyi “VAZ-21214” markalı avtomobil toqquşub. Zərbənin təsirindən “VAZ-21214” əks yola çıxaraq, Qəribov İsmayıl Əli oğlunun idarə etdiyi “Mercedes Benz Axor” markalı avtomobillə toqquşub. Nəticədə sürücü Vidadi Ələkbərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar