Yaxın qohumunun maşınını qaçırdı
04 mart 2022 22:10 (UTC +04:00)

Yaxın qohumunun maşınını qaçırdı

Şirvanda avtomobil qaçırılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, martın 2-də Lənkəran rayon sakini Ə.Baxşiyevin “VAZ-2106” markalı avtomobili qaçırılıb.

Bu barədə Şirvan şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən avtomobil sahibinin yaxın qohumu Ə.Səmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

# 1557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar