Yasamalda 4 avtomobil toqquşdu, xəsarət alanlar var -FOTO
30 iyun 2022 03:47 (UTC +04:00)

Yasamalda 4 avtomobil toqquşdu, xəsarət alanlar var -FOTO

Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb. 

“Daewoo” markalı minik avtomobilini idarə edən sürücü Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Toyota” markalı maşını ötmək üçün manevr edib. Nəticədə toqquşma baş verib. Yolda nəqliyyatın hərəkəti sıx olduğundan başqa “Daewoo Ravon” markalı maşın  ərazidə olan digər “Toyota” markalı  avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlara əraziyə çağırılan təcili yardım briqadası yerində yardım göstərib. 

Hadisə zamanı ərazidə  tıxac yaranıb. Avtomobillər evakuasiya edilib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

# 927
avatar

Oxşar yazılar