Ağsuda yas
03 aprel 2021 10:50 (UTC +04:00)

Ağsuda yas

Yasa gedən 7 nəfər cəzalandırıldı

Ağsunun Növcü kəndində yas mərasimi keçirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Mehman Nəbiyev

Oxşar yazılar