Nigeriyanın şimalındakı Niger əyalətində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 70 nəfər ölüb.
Lent.az xəbər verir ki, ölkənin Milli Yol Təhlükəsizliyi idarəsinin verdiyi açıqlamada Niger əyalətində Dikko-Maje şossesində yanacaq daşıyan avtomobilin həddindən artıq sürət səbəbilə idarəetməni itirərək aşdığı bildirilir.
Partlayış sakinlərin aşmış avtomobildən yanacaq götürməyə çalışdığı zaman baş verdiyi bildirilir.
Partlayış nəticəsində azı 70 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Nigeriyanın şimalındakı Jiqava əyalətində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 180-dən çox insan həlak olmuşdu.