Xəzərdə gəmiyə  su doldu,   sərnişinlər...
26 yanvar 2024 22:51 (UTC +04:00)

Xəzərdə gəmiyə su doldu, sərnişinlər...

0

Bu gün saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin  gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Lent.az-a bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası”  sərnişin gəmiləri hadisə yerinə gəlib.

Heyət üzvləri və sərnişinlər bu  gəmilərə təxliyə ediliblər.  Hazırda  7 nəfər gəmi heyəti və 25  sərnişinin  həyatı üçün hər hansı bir təhlükə yoxdur.  “PS 173” gəmisi  isə hadisə ərazisinə gələn “ Caspian Spirit” gəmisi  vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. 

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5872

Oxşar yazılar