Naxçıvanda gənc oğlan saxta profillərlə yardım toplayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Babək rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.
Araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.