Xəstə heyvanı kəsib satmaq istədilər - FOTO
02 iyun 2023 16:00 (UTC +04:00)

Xəstə heyvanı kəsib satmaq istədilər - FOTO

Yevlaxda xəstə heyvan əti satışdan çıxarılıb.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, tədbirlər çərçivəsində Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən və Şirin Nizami oğlu Kərimliyə məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib. Bu zaman iribuynuzlu heyvanın ətinin və daxili orqanlarının istehlak üçün yararsız olduğu aşkarlanıb. Belə ki, məntəqəyə kəsim üçün gətirilən heyvanda ilkin klinik müayinə zamanı heç bir xəstəlik aşkar edilməsə də, kəsildikdən sonra ətin və daxili orqanların müayinəsi zamanı heyvanın Telerioz xəstəliyinə yoluxduğu müəyyən olunub.

Qeyd edilənlərə əsasən, akt tərtib edilib. Müvafiq qaydalara uyğun olaraq, heyvan cəmdəyi və daxili orqanları məhv edilib. Ərazi dezinfeksiya olunub.

# 1548
avatar

Oxşar yazılar