Zaqatalada bayram yolkası yanıb
31 dekabr 2013 23:56 (UTC +04:00)

Zaqatalada bayram yolkası yanıb

0

Zaqatalada təşkil olunmuş yeni il şənliyində yolka yanıb.

 

Lent.az-ın xəbərinə görə, Yeni İl şənliyi ilə əlaqədar rayon mərkəzində quraşdırılmış 10 metr hündürlüyündəki  yolka qəfildən alışıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, yanğın söndürülüb.

 

İlkin məlumata görə, yanğına səbəb yolkanın üzərində quraşdırılmış işıqlandırma sistemində yaranmış qısaqapanma səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2630

Oxşar yazılar