Yusif İldırımzadə videoqalmaqaldan sonra işə çıxıb
25 fevral 2013 16:00 (UTC +04:00)

Yusif İldırımzadə videoqalmaqaldan sonra işə çıxıb

0

 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin fevralın 20-də yaydığı video-kadrlardan sonra səhhəti pisləşən və Türkiyəyə aparılan Xətai rayon prokuroru Yusif İldırımzadə bu gündən işə çıxıb. Lent.az-ın məlumatına görə, video-kadrlarda görüntülənən polis polkovniki Rasim İldırımzadənin qardaşı Y.İldırımzadənin məzuniyyət müddəti başa çatıb və o, işinin başına qayıdıb.

 

Məlum vieoqalmaqalda adı hallanan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim İldırımzadə də işinin icrasını davam etdirir.

 

Qeyd edək ki, Y. İldırımzadə fevralın 21-də APA-ya açıqlamasında xaricdə xəstəxanada olmasını təsdiqləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3439

Oxşar yazılar