Yük maşını yoldan çıxıb aşdı
22 dekabr 2013 20:25 (UTC +04:00)

Yük maşını yoldan çıxıb aşdı

0

 Sabirabad rayonunda "A-Trans-Motors" MMC -yə məxsus qumla yüklənmiş "Shaqman" markalı yük maşını yoldan çıxaraq aşıb.

 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib.

 

Ağır yüklü avtomobilin təkəri sürüşərək yoldan çıxıb və  çevrilib.

 

Sürücü hadisə yerindən qaçıb. Ona görə də polislər onun şəxsiyyətini dərhal müəyyənləşdirə bilməyiblər.

 

Qəza ilə bağlı yolda tıxac yaranıb. Qəzanın nəticələri aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar