Yevlax və Şəkidə insan alverçiləri yaxalandılar
03 sentyabr 2013 14:46 (UTC +04:00)

Yevlax və Şəkidə insan alverçiləri yaxalandılar

Yevlax və Şəkidə da insan alveri ilə məşğul olan şəxslər ifşa edilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Elnur Hüseynzadə gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

 

Şəki Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Turan qəsəbəsinin ərazisindəki kafedə, oranın sahibi, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Yusif İsmayılov əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar