Yeni İli liftdə qarşıladı
01 yanvar 2014 12:34 (UTC +04:00)

Yeni İli liftdə qarşıladı

0

Bakıda bir nəfər Yeni ili liftdə qarşılayıb.

 

Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin  qaynar xəttinə Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin qalması barədə məlumat daxil olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

 

Araşdırma zamanı liftin texniki nasazlıq üzündən ikinci mərtəbədə dayandığı məlum olub.

 

Xilasedicilərin köməyi ilə liftdə qalan şəxs saat 00:23-də lifdən çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2548

Oxşar yazılar