Yaşayış evində partlayış: polis əməkdaşı xəsarət alıb
01 oktyabr 2013 20:35 (UTC +04:00)

Yaşayış evində partlayış: polis əməkdaşı xəsarət alıb

Bu gün axşam saatlarında Qubada yaşayış evində partlayış baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, partlayış Quba şəhəri, M.Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb.

 

Partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

 

Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar