
Yanan avtomobili polis söndürdü - VİDEO
Oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayon ərazisində E. Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sürücü dərhal hərəkəti dayandırıb.
Hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yolisi Polis bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.
Sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05