Aprelin 17-də Azərbaycan ərazisində 25 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 2 nəfər ölüb, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən hadisələr piyadaların vurulması nəticəsində baş verib. Bakıda və Zaqatalada piyadalar yol qəzasının qurbanı olub.
Yol qəzalarının sayının kəskin artmasına yağıntılı hava şəraitində sürücülərin diqqətsizliyi və sürət həddinin düzgün seçilməməsi göstərilir.