Xocavənddə yol qəzası: 2 nəfər ölüb
28 oktyabr 2013 16:18 (UTC +04:00)

Xocavənddə yol qəzası: 2 nəfər ölüb

Oktyabrın 26-da saat 17.00 radələrində Xocavənd rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində Xocavənd sakini Şamil Quliyevin idarə etdiyi “Mercedes” markalı və Füzuli rayon sakini  Bəşir Cəfərovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü hadisə yerində ölüb.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar