Xızıda 3 nəfər buzlu yolda köməksiz qalıb
14 fevral 2014 10:20 (UTC +04:00)

Xızıda 3 nəfər buzlu yolda köməksiz qalıb

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunda “Niva” markalı minik avtomobil yolun buzlu olması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ”Niva” markalı minik avtomobilinin sürücüsünü və iki sərnişinin təhlükəsiz əraziyə çıxmalarını təmin ediblər. Əməliyyat saat 09:40-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 843

Oxşar yazılar